Dekabrın 5-də Xocalı şəhər 1 saylı tam orta məktəbdə "Uşaqların təhsildən yayınma hallarına qarşı mübarizə və sosial vəziyyəti təhlükdədə olan uşaqlara dəstək" mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, sinif rəhbərləri və yuxarı sinif şagirdləri iştirak etdilər. Məktəbin direktoru Vidadi Rəhimov çıxış edərək təhsildən yayınma hallarının təhlükəli, xoşagəlməz hallara gətirib çıxardığını bildirdi. Dərsə davamiyyətin vacib olduğunu vurğuladı. XI sinif rəhbəri Pərvanə Qaraşova, təşkilatçı müavin Nazilə Məmişova mövzu ətrafında öz fikirlərini bölüşdülər, şagirdlərə tövsiyələrini çatdırdılar.